İran insanları edam etməklə cəmiyyəti qorxutmağa çalışır - Mahmud Əmiri Moğaddam 

12:50 13.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) və Parisdə yerləşən iki insan haqları təşkilatı tərəfindən hazırlanan hesabata görə, İran 2022-ci ildə ən azı 582 nəfəri asıb və edamların sayı əvvəlki illə müqayisədə 75 faiz artıb. 

Hafta.az-ın yazdığına görə, ölkədəki sərt geyim qaydalarına əməl etmədiyi səbəbilə əxlaq polisi tərəfindən həbs olunaraq salındığı həbsxanada vəfat edən Məhsa Əmini adlı gəncın ölümündən sonra sentyabr ayında başlayan etirazlar İranı həftələrlə silkələdi. Səlahiyyətlilər etirazla bağlı işlərdə dörd nəfərin asıldığını və prosesə beynəlxalq etiraza səbəb olan edamlarla cavab verildiyini bildirdi.

Məlumata görə, sözügedən hesabatda 2022-ci ildə ən az 582 adamın edam edildiyi vurğulanıb və bunun 2015-ci ildən bəri ən yüksək rəqəm olduğu, 2021-ci ildə qeydə alınan 333 edamı çox aşdığı vurğulanıb. İki təşkilatın dünən açıqladığı ortaq hesabatda İran rejiminin icra hakimiyyətinin sabitliyini qorumaq üçün növbəti dəfə “təhdid və təzyiq vasitəsi” kimi istifadə edildiyi bildirilib.

İHR-nin direktoru Mahmud Əmiri Moğaddam mövzu ilə bağlı verdiyi açıqlamada “Hakimiyyət ictimaiyyətdə və nümayişçi gənclər arasında qorxu yaratmaq üçün qeyri-siyasi səbəblərə görə məhkum olunanların edamını sürətləndirib. Bunlar İranın “edam maşını”nın ucuz qurbanlarıdır. İran rejiminin istifadə etdiyi bu “edam maşını”nı dayandırmaq üçün beynəlxalq ictimaiyyət və vətəndaş cəmiyyəti ölkədə kiminsə edam edilməsinə fəal şəkildə qarşı çıxdığını göstərməlidir” deyib.

Hesabatda bildirilir ki, daha yüz etirazçı ya edam cəzası verilmə faktı, ya da edam cəzasını zəruri edən iddihamlarla üzləşib.

Siyasət rubrikasından digər xəbərlər